Bu kənddə hamının adı EYNİDİR: kişilərin də, qadınların da - VİDEO

Bu kənddə hamının adı EYNİDİR: kişilərin də, qadınların da - VİDEO
08 Mar 2026 16:43

Türkiyənin Samsun şəhərində yerləşən Mısmılağaç və Universitet məhəllələrində maraqlı bir ənənə diqqət çəkib.

Bu məhəllələrdə yaşayan kişilərin əksəriyyətinə Yahya, qadınlara isə Sati adı verilir. Eyni adların geniş yayılması səbəbindən sakinlər bir-birini adla deyil, daha çox ləqəblərlə fərqləndirirlər.Bildirilir ki, illərdir davam edən bu ənənə artıq məhəllənin özünəməxsus xüsusiyyətinə çevrilib. Yerli sakinlər gündəlik həyatda qarışıqlıq yaranmaması üçün insanları müxtəlif ləqəblərlə çağırmağa üstünlük verirlər.

Bu maraqlı fakt sosial mediada da müzakirələrə səbəb olub və bir çox istifadəçi belə bir ənənənin necə formalaşdığı ilə maraqlanıb.


Sizin reklam burada
Sizin reklam burada