Dünya bazarlarında neft kəskin bahalaşıb.
News365.az xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 2,68 dollar və ya 2,56% artaraq bir barel üçün 107,29 dollara yüksəlib.
WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 2,63 dollar və ya 2,63% artaraq 102,68 dollar təşkil edib.
Neftin bahalaşmasına Yaxın Şərqdə hərbi gərginliyin yenidən artması və regiondan enerji tədarükünün pozulacağı ilə bağlı narahatlıqlar təsir göstərir. Hörmüz boğazından daşımaların məhdudlaşması qlobal neft təklifinə dair riskləri yüksək saxlayır.