İmam Hüseyn dinin xurafatdan, mövhumatdan qorunma və saxlamaq mahiyyətini saxlaması üçün öldürüldü. Amma dəqiq ki, onun öz obrazı ətrafında, onun idarəsinin müdafiəsi olaraq xurafatı, cəhaləti, mövhumatı yaşatdılar.
Həqiqi Hüseyni, qəhrəman, şücaətli, səbrli, nikbin, müdrik Hüseyni, onun amalını, irsini yaşamağa qoymadılar. Qaraya bürünmüş, yalnız hay-küy, zəncir və qılınc sədalarından ibarət, nağıllara bükülmüş xəyali, uydurma rəvayətlər qaranlığında aciz, zəif, çarəsiz bir Hüseyn obrazı yaratdılar. Hüseynin irsini, məramını, ideologiyasını da əsir alıb istismara məruz qoydular. İndi bu kim Hüseyndən danışırsa qaragüruh onu şərləyir, böhtanlayır, şantaj edir, söyür, nəzarət edir... Necə ki, Kərbəlada İmam Hüseynin xütbəsinin sorağı kütləyə təsirn deyə Yezid qoşunundakı Kufə əhli hay-küy salırdı. Onlardan qorxurdular ki, İmam Hüseyn onları tanıyıb dəvət etmək lazımdır yazmaqları barədə ordu başçılarına mesaj verər. Lakin İmam Hüseyn o xainləri, bəlkə də tövbə edə bilər deyə düşmənə satmamışdı. Onları, məcburi olaraq ona qılınc çəkənlər kimi kömək edirdi. Bəzi xəbərlərə görə özü ilə gətirdiyi məktubları son gecə yandırmışdı ki, elə keçib adlar məlum olmasın...
Təəssüf ki, həmin xain kütlənin irsi, xələfləri bu gün yaşayır. Həqiqi Hüseyni təqdim etməyə imkan vermir. Hüseyn bu mənada məzlumdur. Yezid Hüseyni bir dəfə öldürdü, bu toplaşan hər il öldürür. hansı daha günahkardır?
Tural İrfan, dinşünas