Sabah bu rayonda qaz olmayacaq

Sabah bu rayonda qaz olmayacaq
22:00

Sabah Astara rayonunun üç kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə News365.az- Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Qeyd olunub ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 20-də saat 10:00-dan işlər yekunlaşanadək Astara rayonunun Təngərüd, Maşxan və Lələkəpeştə kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Sizin reklam burada
Sizin reklam burada