Lənkəranda maşın dərəyə aşıb, bir nəfər ölüb.
News365.az xəbər verir ki, hadisə Diryan kəndində baş verib.
Belə ki, 1965-ci il təvəlüdlü İntiqam Nuriyev idarə etdiyi "Chevrolet Niva" markalı avtomobili ilə hərəkətdə olarkən Diryan kəndi ərazisində torpaq yolda idarəetməni itirib və avtomobil dərədən aşıb.
İntiqam Nuriyev aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
***
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verib.
News365.az xəbər verir ki, vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "VAZ 2121" Niva markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində yol-nəqliyyat qəzasının baş verdiyi və sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1951-ci il təvəllüdlü Aslanov Mətləb İsmayıl oğlu və sərnişin, 1956-cı il təvəllüdlü Aslanova Şövkət Qasım qızının meyiti dərədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
News365.az-ın məlumatına görə, vəfat edən Ş.Aslanovanın həyat yoldaşı, 1951-ci il təvəllüdlü Mətləb Aslanov Şamaxı Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.