Rusiyada güclü zəlzələ olub

Rusiyada güclü zəlzələ olub
19 Avq 2026 23:20

Rusiyanın Kamçatka bölgəsində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.

News365.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Zəlzələnin ocağı 40,4 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanların episentrinin Petropavlovsk-Kamçatskidən 426 kilometr məsafədə olduğu bildirilib.


Sizin reklam burada
Sizin reklam burada