İspaniya hökuməti Şimali Afrikadakı Seuta şəhərində olan təxminən 500 müşayiətsiz miqrant qızın ölkənin Madrid hissəsinə köçürülməsi üçün təcili plan hazırlayıb.
News365.az xəbər verir ki, qərar iyulun sonunda Seutaya kütləvi miqrant axınından sonra qəbul edilib.
İspaniya qanunlarına əsasən, müşayiətsiz yetkinlik yaşına çatmayanlar 18 yaşına qədər dövlətin himayəsində olmalıdır. Qərara bəzi mühafizəkar regionlar qarşı çıxır və miqrantların Mərakeşə qaytarılmasını tələb edir.