Avropanın dənizləri “qaynayır”: rekord istiliyin səbəbi bəlli oldu

Avropanın dənizləri “qaynayır”: rekord istiliyin səbəbi bəlli oldu
23:00

Avropada dənizlərin rekord istiləşməsinə iqlim dəyişikliyi səbəb olub.


News365.az xəbər verir ki, alimlər Avropa ətrafında dəniz temperaturunun rekord həddə yüksəlməsinin əsas səbəbinin insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi olduğunu bildiriblər. 

Məlumata görə, Aralıq dənizində iyul ayında orta temperatur 27 dərəcəyə çataraq rekord vurub, Mayorka yaxınlığında isə avqustun əvvəlində

suyun temperaturu 33 dərəcə qeydə alınıb. Alimlər xəbərdarlıq edirlər ki, dənizlərin həddindən artıq isinməsi dəniz ekosistemlərinə, canlı növlərinə və sahilyanı icmalara ciddi təsir göstərə bilər. 


Sizin reklam burada
Sizin reklam burada