“Diktatorların
qeyri-adi əməlləri ilə bağlı çox yazılıb. Görünür ki, Bəşər Əsəd təkcə ölkəsində
qurduğu həbsxana rejiminin unikallığı ilə deyil, kordinat satmaqla da
yaddaşlarda qalacaq. İsrailin fürsətdən istifadə edərək Suriyaya endirdiyi dəqiq
hava hücumlarının sirri ilə bağlı dünya mediasında yazılar dərc olunur”.
News365.az xəbər verir ki, bunu İKT üzrə ekspert Osman Gündüz deyib. O, bildirib ki, İsrail odusunun Suriyadakı hərbi
obyektlərə, silah-sursat və raket anbarlarına, strateji yerlərə dəqiq zərbələr
endirməklə Dəməşqin 20 km-nə çatmasının elə Əsədin sayəsində mümkün olduğu
bildirilir:
“Belə ki, Əsəd
ölkədən qaçdığı təyyarənin toxunulmazlığı qarşılığında İsrailə strateji obyektlərin
kordinatları olan xəritəni də verdiyi bildirilir. Yəni ağlasığmaz sövdələşmə
olub. Görünür ki, bu regionda Türkiyənin önə çıxması bu tip sövdələşməni də zəruri
edib.
Bunun da sayəsində
İsrail artıq Suriyanın bu hissəsinə nəzarət etməkdə və bu ölkənin hərbi gücünü
də tam sıfırlamaqdadır. Görünən odur ki, İsrail yalnız texnologiyada və
innovasiyalarda deyil, fürsətcillikdə də öndədir”.
News365.az