Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olundu

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olundu
14:08

Naxçıvanda hökm sürən əlverişsiz hava şəraitinin davam etməsi səbəbi ilə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) 14 iyun tarixi üçün planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reysləri ləğv olunub.

AZAL-dan verilən məlumata görə, hava şəraiti sabitləşdikdən sonra reyslərin icrasına davam ediləcək.

“Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar”, - deyə “Azərbaycan Hava Yolları” QSC-nin məlumatında bildirilir.


Sizin reklam burada
Sizin reklam burada