Bakının Sabunçu rayonunda qadını bıçaqlayan şəxsin kimliyi məlum olub.
News365.az xəbər verir ki, Sabunçu rayonu ərazisində 1997-ci il təvəllüdlü D.Əsgərovaya kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
Əməli törətməkdə şübhəli bilinən, əri 1990-cı il təvəllüdlü N.Əsgərov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ilkin məlumatda qadını qayınatasının bıçaqladığı iddia olunurdu.
***
Sabunçu rayonunda boşanmaq istəyən gəlin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.