Suraxanı rayonu ərazisində yerləşən 10 evdən müxtəlif vaxtlarda ümumilikdə 29 min 530 manat dəyərində pul, qızıl-zinət və məişət əşyaları oğurlanıb.
News365.az xəbər verir ki, hadisələri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Tural Əmişov saxlanılıb.
Onun etdiyi oğurluqların bir neçəsi müşahidə kameraları vasitəsilə də görüntülənib.