Venesuela İran səfirinə etiraz notası təqdim edib

Venesuela İran səfirinə etiraz notası təqdim edib
16:47

Venesuela Xarici İşlər Nazirliyi İranın ölkədəki səfiri Əli Çeginini çağıraraq ona rəsmi etirazını bildirib.

News365.az xəbər verir ki, buna səbəb İranın xarici işlər naziri Abbas Arakçının Venesuela ilə bağlı səsləndirdiyi fikirlər olub.

Məlumata görə, Venesuela tərəfi səfirə ölkə barədə "alçaldıcı və yersiz ifadələrə" cavab olaraq etiraz notası təqdim edib.

Qeyd edək ki, Abbas Arakçı ABŞ-la aparılan danışıqlardan danışarkən "İslam Respublikası Venesuela deyil" ifadəsini işlətmişdi. Bu açıqlama Karakasın narazılığına səbəb olub.


Sizin reklam burada
Sizin reklam burada