Sosial şəbəkələrdə sabiq millət vəkili Vahid Əhmədovun səhhətində ciddi problemlər yarandığı, artıq müalicə almağa başladığına dair xəbərlər yayılıb.
“Bu barədə mənə də zənglər gəlir. Amma deyim ki, səhhətimdə heç bir problem yoxdur. Kimsə yalandan yazıb. Özümü hazırda yaxşı hiss edirəm. Sizlə danışmazdan öncə verilişdə çıxış edirdim”.
Qeyd edək ki, ötən il də Vahid Əhmədovun səhhətində problem yarandığı, təcili Almaniyaya aparıldığına dair məlumatlər yayılmış, o, bu xəbərləri təkzib etmişdi./Xitab24.az/