19 yaşlı futbolçu sifarişli qətlə görə tutuldu - İranın dəstəklədiyi dəhşətli şəbəkə

19 yaşlı futbolçu sifarişli qətlə görə tutuldu - İranın dəstəklədiyi dəhşətli şəbəkə
17:10

Böyük Britaniyada məhkəmə İran rejimi tərəfindən dəstəkləndiyi iddia edilən beynəlxalq cinayətkar şəbəkənin tapşırığı ilə ölkəyə sifarişli qətl törətməyə gələn 19 yaşlı Norveç vətəndaşını təqsirli bilib.

News365.az "The Independent" nəşrinə istinadən xəbər verir ki, futbolçu Yohannes Konqsnes Natland keçən ilin mart ayında 25 000 avro (təxminən 21 500 funt-sterlinq) müqabilində Böyük Britaniyada naməlum şəxsi qətlə yetirməyə razılaşıb.

Stavanger şəhərindən təyyarə ilə İngiltərəyə gələn Natland gəlişindən iki gün sonra Haddersfild şəhərindəki oteldə silahlı polis tərəfindən saxlanılıb. Onun qaldığı otaqdan 2 ədəd döyüş tapançası və 12 ədəd canlı patron aşkar edilərək götürülüb.

İstintaq materiallarına əsasən, 19 yaşlı gənci bu işə cəlb edən "Generalen" ləqəbli 17 yaşlı şəxs Norveçdə saxlanılıb. Məlum olub ki, "Generalen" İran rejimi tərəfindən maliyyələşdirilən və hətta 13 yaşlı uşaqlardan istifadə etməsi ilə tanınan İsveçin "Foxtrot" adlı cinayətkar qruplaşmasına işləyirmiş. Plane nəzarət edən əsas şəxsin isə "Agent 47" ləqəbli naməlum şəxs olduğu bildirilir.

Məhkəmədə təqdim olunan dəlillərə görə, Natland cinayəti törətməzdən əvvəl sevgilisinə və dostlarına mesaj yazaraq lovğalanıb:

"Çoxlu pul qazanacam və kimisə öldürəcəm. Həyatım möhtəşəm olacaq. Əgər tutulmasam, bunu bayram edəcəyik."

Saxlanılarkən polislərə müqavimət göstərməyən və əlləri ilə güllə atırmış kimi zarafat edən Natland məhkəmədə ittihamları rədd etməyə çalışıb. O, qorxduğunu və plandan yayınmaq üçün öz ayağından vurmağı düşündüyünü iddia etsə də, jüri heyəti 17 saatlıq müzakirədən sonra onun təqsirli olduğuna qərar verib.

Şəbəkənin ingilisdilli rəhbəri "Agent 47"nin identikliyi və harda olduğu isə hələ də naməlum olaraq qalır.


Sizin reklam burada
Sizin reklam burada