Paşinyanın mətbuat katibinə deputat mandatı və vəzifə verildi

Paşinyanın mətbuat katibinə deputat mandatı və vəzifə verildi
16:40

Ermənistanın baş naziri Nikol Paşinyanın hazırkı mətbuat katibi Nazeli Bağdasaryan hakim "Vətəndaş müqaviləsi" Partiyasından deputat seçilib. 

Bununla əlaqədar olaraq N.Baqdasaryan mətbuat katibi postunu tərk edib. 

News365.az xəbər verir ki, bu gün Paşinyanın iştirakı ilə “Vətəndaş müqaviləsi” Partiyasının iclası keçrilib bə toplantıda parlamentin daimi komitələrinin sədrləri vəzifələrinə namizədlər seçilib. 

Nazeli Baqdasaryan parlamentin Əmək və sosial məsələlər daimi komitəsinin sədri vəzifəsinə irəli sürülüb.  Nazeli Bağdasaryan 2023-cü ildə Şirak vilayətinin qubernatoru vəzifəsini tərk edərək Nikol Paşinyanın mətbuat katibi təyin olunmuşdu. O, daha əvvəl parlamentdən Şirak vilayətinə qubernator kimi göndərilmişdi. 

Məlumata əsasən, Paşinyanın yeni mətbuat katibi vəzifəsinə əsas namizəd 26 yaşlı Melanya Arutyunyandır. O, "Vətəndaş müqaviləsi" Partiyasının gənclər təşkilatı şurasının katibidir.


Sizin reklam burada
Sizin reklam burada