TPAO Kərkük neftində pay sahibi oldu

TPAO Kərkük neftində pay sahibi oldu
19:40

Türkiyə Kərkük neftinə daxil olur: TPAO konsorsiumda pay sahibi oldu.

News365.az xəbər verir ki, Türkiyənin dövlət neft şirkəti TPAO İraqın strateji əhəmiyyət daşıyan Kərkük neft yataqlarının inkişafı layihəsinə qoşulub.

Məlumata görə, TPAO, BP və ConocoPhillips tərəfindən yaradılan konsorsiumda 15 faiz pay əldə edib. Layihə çərçivəsində Kərkük yataqlarında hasilatın artırılması və enerji əməkdaşlığının genişləndirilməsi nəzərdə tutulur.

Bildirilib ki, hazırda TPAO-nun ortaq olduğu yataqlarda gündəlik təxminən 300 min barel neft hasil edilir.



Sizin reklam burada
Sizin reklam burada