Toyda 21 nəfər qidadan zəhərlənib

Toyda 21 nəfər qidadan zəhərlənib
20:40

Ermənistanın Lori vilayətindəki toy mərasimində kütləvi zəhərlənmə baş verib.

News365.az xəbər verir ki, tədbirin başlamasından bir neçə saat sonra qonaqlar zəhərlənmə əlamətlərindən şikayətləniblər.

Ümumilikdə 21 nəfər zərər çəkib, onlardan 15-i Noyemberyan şəhər xəstəxanasına, daha 6 nəfər isə Alaverdi tibb mərkəzinə yerləşdirilib.

Hadisədən sonra laborator müayinə üçün hazır yeməklərdən nümunələr götürülüb. Yoxlama zamanı həmçinin sanitar normaların ciddi şəkildə pozulduğu aşkar edilib.

Təftiş orqanının qərarı ilə müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb. Obyektin sahibinə aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün vaxt verilib.


Sizin reklam burada
Sizin reklam burada