İşləyənlərin diqqətinə - Avqustun qeyri-iş günləri

İşləyənlərin diqqətinə - Avqustun qeyri-iş günləri
12:58

Azərbaycanda avqust ayında rəsmi bayram və ya anım günü nəzərdə tutulmadığından qeyri-iş günləri yalnız həftəsonlarına təsadüf edəcək.

News365.az xəbər verir ki, belə ki, beşgünlük iş həftəsi ilə çalışanlar üçün avqust ayında ümumilikdə 10 qeyri-iş günü və 21 iş günü olacaq.

İstirahət günləri şənbə və bazar günlərinə – 1-2, 8-9, 15-16, 22-23 və 29-30 avqust tarixlərinə düşür.

Altıgünlük iş həftəsi tətbiq olunan müəssisələrdə isə ay ərzində 5 qeyri-iş günü nəzərdə tutulur.

Bu halda istirahət yalnız bazar günlərinə təsadüf edir. Beləliklə, avqust ayında əlavə rəsmi tətil və ya bayram günü olmayacaq. (milli.az)


Sizin reklam burada
Sizin reklam burada