Azərbaycan Radiosuna ağır itki üz verib.
News365.az xəbər verir ki, Azərbaycan Radiosunun səsyazma sexinin əməkdaşı Fatma xanım vəfat edib. O, həmkarları tərəfindən çox sevilən, illərin etibarlı və sadiq iş yoldaşı kimi xarakterizə olunurdu.
İş yoldaşlarının bildirdiyinə görə, Fatma xanım kollektivdə ana və bacı kimi qəbul edilir, hər zaman dəstək göstərən, sirdaş və etibarlı insan kimi yadda qalırdı.
Onun vəfatı həm əməkdaşlar, həm də onu tanıyanlar arasında dərin kədərə səbəb olub. İş yoldaşları Fatma xanımın yoxluğunun böyük boşluq yaradacağını bildirirlər.
Allah rəhmət eləsin!
News365.az