İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) korrupsiya ittihamları üzrə keçirilən məhkəmə prosesində Əkrem İmamoğlunun ad günü münasibətilə plakat açılması ilə bağlı araşdırmaya başlanılıb.
News365.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Məlumata görə, ötən gün keçirilən məhkəmə iclasında vəzifəsindən uzaqlaşdırılmış və həbsdə olan Əkrem İmamoğlunun doğum günü münasibətilə "yaxşı ki, doğulmusan" yazılmış plakat nümayiş etdirilib.
Bildirilib ki, İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlu tamaşaçı qismində tortun şamlarını söndürüb. Əkrem İmamoğlu isə zaldakılara üz tutaraq: “Gözəl günlərdə görüşəcəyik. Hamınızı çox sevirəm”, - deyib.
Hadisədən sonra İstanbul Polis Komandanlığı tərəfindən məhkəmə zalında plakatın açılması və digər hallarla bağlı araşdırma başladılıb.
Qurumdan bildirilib ki, bir qrup jandarma əməkdaşının vəzifə öhdəliklərini yerinə yetirərkən hər hansı nöqsana yol verib-vermədiyini müəyyən etmək məqsədilə inzibati istintaq aparılır.