Bu çimərliyin fəaliyyəti dayandırıldı

Bu çimərliyin fəaliyyəti dayandırıldı
11:31

Yunanıstanın Zakintos adasında yerləşən və hər il on minlərlə turistin ziyarət etdiyi Navagio çimərliyi bağlanıb.

News365.az xəbər verir ki, bu barədə Yunanıstan Turizm Nazirliyi məlumat yayıb.

Çimərlik 31 oktyabra qədər ziyarətçilər üçün bağlanıb. Bu qərar ötən həftə amerikalı turistin torpaq sürüşməsi nəticəsində uçurumdan yıxılaraq ağır yaralanmasından sonra qəbul edilib.



Sizin reklam burada
Sizin reklam burada