Rusiya ABŞ-ın Asiya-Sakit Okean regionunda silahlanma yarışını təşviq etmək cəhdlərini pisləyir

Rusiya ABŞ-ın Asiya-Sakit Okean regionunda silahlanma yarışını təşviq etmək cəhdlərini pisləyir
13:40

Rusiya ABŞ-ın Asiya-Sakit Okean regionunda silahlanma yarışını təşviq etmək cəhdlərini pisləyir.

News365.az yerli Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Vaşinqtonun regionda silahlanmanı artırmağa yönəlmiş addımları mövcud təhlükəsizlik arxitekturasının sabitliyini risk altına qoyur və yeni geosiyasi bölünmələr yarada bilər.

Zaxarova bildirib ki, NATO fəlsəfəsi altında dünyanın müxtəlif bölgələrinin hərbiləşdirilməsi müşahidə olunur. O iddia edib ki, bəzi regionlarda əvvəllər mövcud olmayan münaqişə potensialı formalaşdırılır, əməkdaşlıq imkanları isə məhdudlaşdırılır.

Rusiya rəsmisi həmçinin qeyd edib ki, ABŞ region ölkələrinə öz xidmətlərini təklif edir, lakin bunun üçün müsbət təcrübəyə malik deyil.

Maria Zaxarova vurğulayıb ki, Moskva yaranan ziddiyyətlərin siyasi-diplomatik yollarla, artıq özünü doğrultmuş çoxtərəfli dialoq formatları vasitəsilə həllinin tərəfdarıdır.

News365.az


Sizin reklam burada
Sizin reklam burada