Xaricdən məhsul sifariş edənlərin diqqətinə: Yeni qayda qüvvəyə mindi

Xaricdən məhsul sifariş edənlərin diqqətinə: Yeni qayda qüvvəyə mindi
10:48

Bu gündən etibarən Dövlət Gömrük Komitəsinin “Smart Customs” platformasında elektron ticarət bəyannamələrinin təqdim olunması qaydasında dəyişiklik qüvvəyə minib.

News365.az xəbər verir ki, artıq fərdi identifikasiya nömrəsi (FİN və şifrə) ilə sistemə daxil olaraq “Elektron Ticarət Bəyannaməsi” xidmətindən istifadə etmək mümkün olmayacaq.

Belə ki, vətəndaşlar 3 müxtəlif elektron identifikasiya növündən birini seçərək xidmətdən yararlana biləcəklər. Sezar pizza

Bunlar “Asanİmza”, “SİMA” və ya “MYGOV / QR” xidmətləridir.

Qeyd edək ki, fərdi identifikasiya nömrəsi ilə “SmartCustoms” və “e.customs.gov.az” sistemlərinə daxil olmaq imkanları qüvvədə saxlanılır.

Gömrük rəsmiləşdirilməsinin daha sürətli tamamlanması məqsədilə “Asanİmza”, “SİMA” və ya “MYGOV / QR”ın əvvəlcədən əldə olunması tövsiyə edilir.


Sizin reklam burada
Sizin reklam burada