Xəzər rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən sürücü məsuliyyətə cəlb olunub.
Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı "VAZ-2107" markalı, 90-KM-745 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Nahid Muradov saxlanılıb.
News365.az xəbər verir ki, araşdırma zamanı müəyyən edilib ki, sürücü avtoxuliqanlıq hərəkətləri edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real təhlükə yaradıb.
Faktla bağlı N.Muradov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən, onun nəqliyyat vasitələrini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və sürücü 15 sutka inzibati həbs cəzası alıb.