Ermənistan və ABŞ arasında TRIPP proqramı üzrə çərçivə sazişi imzalanıb.
News365.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, sənəd mayın 26-da ABŞ dövlət katibi Marko Rubionun Ermənistana səfəri zamanı paraflanmışdı. İndi isə sazişin imzalanması prosesi başa çatıb.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Marko Rubio sənədi ABŞ tərəfi adından imzaladıqdan sonra sənəd Ermənistana göndərilib və o da Ermənistan tərəfi adından imzasını atıb.
“Beləliklə, məsafədən imzalanma prosesi başa çatdı və saziş ratifikasiya üçün hazırdır”, - deyə Mirzoyan vurğulayıb.
Ermənistan Xarici İşlər Nazirliyi sazişin imzalanmasını əks etdirən videogörüntüləri də yayımlayıb.
Qeyd edək ki, sənədin qüvvəyə minməsi üçün onun müvafiq qaydada ratifikasiya edilməsi tələb olunur.
News365.az