Paşinyan rəqiblərilə debata çıxır

Paşinyan rəqiblərilə debata çıxır
16:38

İyunun 4-də saat 21:30-da Ermənistan İctimai Televiziyasında parlament seçkilərində iştirak edən siyasi qüvvələrin baş nazirliyə namizədlərinin iştirakı ilə debatlar başlayacaq.

News365.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bu axşam İctimai Televiziyadakı debatda iştirak edəcəyini deyib.

Debatda Paşinyanın əsas rəqibləri - “Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyanla "Ermənistan" blokunun lideri Robert Köçəryanın da iştirakı gözlənilir.

Qeyd edək ki, iyunun 7-də keçiriləcək parlament seçkilərində 16 siyasi partiya və 2 partiya bloku iştirak edir.


Sizin reklam burada
Sizin reklam burada