ABŞ Prezidenti Donald Trump İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini və mümkün razılaşmanın yaxın vaxtlarda əldə oluna biləcəyini hesab edir.
News365.az xəbər verir ki, bu barədə ABŞ rəsmilərinə istinadən "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
Nəşrin yazdığına görə, İran və İsrail arasında qarşılıqlı hücumlar Tramp üzərindəki siyasi təzyiqi artırsa da, o, Hürmüz boğazının yenidən tam fəaliyyətə başlamasını, İranın nüvə fəaliyyətlərinin dayandırılmasını və zənginləşdirilmiş uran ehtiyatlarının aradan qaldırılmasını nəzərdə tutan razılaşmanın əldə olunacağına inanır.
Mənbələrin sözlərinə görə, son həftələrdə müzakirə olunan çərçivə sazişi ilk növbədə Hörmüz boğazının yenidən gəmiçilik üçün açılmasını və ABŞ-nin İrana qarşı tətbiq etdiyi məhdudiyyətlərin aradan qaldırılmasını ehtiva edir.
WSJ-nin məlumatına əsasən, İranın ABŞ hərbçilərinin ölümünə səbəb olacaq addım atması halında Tehranla əldə olunan atəşkəsin dayandırılması məsələsinə baxa bilər.
Qeyd edək ki, Donald Tramp bir neçə gün əvvəl İranla aparılan danışıqlarla bağlı “Mənə bildiriblər ki, danışıqlar çox yaxşı gedir. Razılaşma əldə olunarsa, bu hətta həftəsonu da baş verə bilər” açıqlamasını vermişdi.
News365.az