Moskva-İrəvan xəttində gərginlik: Paşinyana sərt mesaj

Moskva-İrəvan xəttində gərginlik: Paşinyana sərt mesaj
10:36

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında iyunun 1-də baş tutan telefon danışığının gərgin keçdiyi iddia olunur.

News365.az xəbər verir ki, “Past” nəşrinin yaydığı məlumata görə, tərəflər arasında əsas müzakirə mövzularından biri Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması və Avrasiya İqtisadi Birliyindəki mövqeyi olub.

Nəşrin hökumətdəki mənbələrə istinadən verdiyi xəbərdə bildirilir ki, Putin söhbət zamanı Ermənistana qarşı tətbiq olunan iqtisadi məhdudiyyətlərin daha da sərtləşdirilə biləcəyinə işarə edib. İddialara görə, Paşinyan danışıqdan sonra narazı qalıb və məsələ ilə bağlı aidiyyəti qurumlara təcili tapşırıqlar verib.

Məlumatda qeyd olunur ki, Ermənistan rəhbərliyi Rusiyanın iqtisadi təzyiqlərinin davam edə biləcəyini nəzərə alaraq alternativ bazarlar üzərində işləyir. Son günlər ölkənin iqtisadiyyat naziri tərəfindən Avropa İttifaqına ixrac imkanlarının genişləndirilməsi ilə bağlı səsləndirilən açıqlamaların da bununla əlaqəli olduğu vurğulanır.

Rəsmi Moskva və İrəvan isə yayılan bu iddialarla bağlı hələlik əlavə açıqlama verməyib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada