Avtomobil şəhid abidəsinə çırpıldı

Avtomobil şəhid abidəsinə çırpıldı
04 Sen 2026 11:10

Sumqayıtda minik avtomobili şəhid abidəsinə çırpılıb.

News365.az xəbər verir ki, hadisə dünən axşam saatlarında şəhərin 6-cı mikrorayon ərazisində baş verib.

“Chevrolet Cobalt” markalı minik avtomobilinin şəhid abidəsinə çırpılması nəticəsində həm nəqliyyat vasitəsinə, həm də tikiliyə zərər dəyib.

Xəsarət alan olmayıb.


Sizin reklam burada
Sizin reklam burada