Anestezioloq narkozla bağlı məşhur mifləri təkzib etdi

Anestezioloq narkozla bağlı məşhur mifləri təkzib etdi
11:48

Narkoz verilən zaman insanların şüurunu itirərək bütün gizli məlumatlarını danışması ilə bağlı cəmiyyətdə geniş yayılmış fikirlər elmi əsaslara söykənmir.

News365.az xəbər verir ki, anestezioloq Aleksey Pıreqov bu barədə danışarkən narkozun təsiri altında xəstənin bilərəkdən şəxsi sirlərini açmasının mümkün olmadığını bildirib.

Onun sözlərinə görə, anesteziya zamanı beyində gedən proseslər insanın adi şüur vəziyyətindən fərqlənir. Bu səbəbdən xəstənin əməliyyat zamanı müəyyən sözlər söyləməsi onun şüurlu şəkildə nəsə etiraf etdiyi anlamına gəlmir.

Həkim qeyd edib ki, narkoz altında xəstələrin davranışları bəzən gözlənilməz ola bilər. Məsələn, normalda sakit və mədəni davranan insan qəfil söyüş söyə, yaxud heç vaxt danışmadığı bir dildə, o cümlədən ingilis dilində sözlər söyləyə bilər.

Pıreqov anesteziyanın insan ömrünü beş il azaltdığı barədə iddialara da münasibət bildirib. Anestezioloq belə fikirlərin doğru olmadığını vurğulayıb.

Onun sözlərinə görə, tibbi qaydalara uyğun tətbiq edilən anesteziyanın əsas məqsədi orqanizmə zərər vurmaq deyil, əməliyyat zamanı xəstənin təhlükəsizliyini təmin etmək və ağrı hissinin qarşısını almaqdır.


Sizin reklam burada
Sizin reklam burada