Təhsil eksperti Etibar Əliyev sosial şəbəkələrin və müasir texnologiyaların insan psixologiyasına, eləcə də sosial əlaqələrə mənfi təsirləri ilə bağlı diqqətçəkən paylaşım edib.
Tədqiqatlara və tanınmış mütəfəkkirlərin fikirlərinə istinad edən ekspert bildirib ki, texnologiyalar insanları yaxınlaşdırmaq əvəzinə, daha da tənhalaşdırır və dərin insani əlaqələrdən məhrum edir.
Ekspert öz paylaşımında Massaçusets Texnologiya İnstitutunun profesorru Şerri Törklün "Tənhalar bir yerdədir" kitabından və sosioloq Umberto Ekonun məşhur sitatlarından nümunələr gətirərək əsas fəsadları belə sıralayıb:
Mənasını itirən anlayışlar: Son 20 ildə "dost" və "bəyənirəm" sözləri öz ilkin mahiyyətini itirib, canlı ünsiyyət yerini sürətlə yazışmalara verib.
Sosial bacarıqların zəifləməsi: Gənclər şəxsi ünsiyyətdə kommunikasiyanı düzgün idarə edə bilmir və real fəaliyyət bacarıqlarını inkişaf etdirə bilmirlər.
Vaqon paradoksu və fikir dağınıqlığı: İnsanlar yanındakı şəxsləri görməzdən gələrək, məkanda olmayan insanlarla telefon vasitəsilə ünsiyyət qurur və bununla da ətrafa qarşı "qapalı qabalıq" nümayiş etdirirlər.
FOMO sindromu (İtirilmiş imkanlar qorxusu): Hər dəqiqə bəyənmələri və rəyləri yoxlamaq vərdişi psixoloji patologiyaya çevrilir.
Ailəiçi özgələşmə: Hətta ailəvi şam yeməklərində belə canlı söhbət yerini telefon ekranına baxmağa verir.
Etibar Əliyev vurğulayıb ki, məlumat axınının sürətlənməsi insanları bir-birini dinləməkdən və anlamaqdan uzaqlaşdırır, gənclərin canlı ünsiyyətini isə tamamen virtual məkana həbs edir.