Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) həyata keçirdiyi layihələr çərçivəsində indiyədək 12 minə yaxın ailə mənzillə təmin olunub.
News365.az xəbər verir ki, bunu MİDA-nın Aparat rəhbəri Cəmşid Əmirov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Agentlik tərəfindən bu gün 11-ci güzəştli mənzil layihəsinin satışı həyata keçirilir.
C. Əmirov qeyd edib ki, MİDA-nın fəaliyyəti yalnız Bakı şəhərini deyil, respublikanın müxtəlif bölgələrini də əhatə edir.
Hazırda Agentlik tərəfindən Bakının Hövsan qəsəbəsində, Abşeron rayonunun Saray qəsəbəsində və Naxçıvan şəhərində də layihələr həyata keçirilir.