Aİ sərhədlərində sistem böhranı: Yeni qaydalar dayandırıldı

Aİ sərhədlərində sistem böhranı: Yeni qaydalar dayandırıldı
13:00

Avropa İttifaqının Şengen zonası üzrə tətbiq etdiyi Giriş/Çıxış Sistemi (EES) bəzi ölkələrdə müvəqqəti dayandırılıb. Təşkilata üzv olmayan ölkələrin vətəndaşlarından biometrik məlumatların – barmaq izi və üz təsvirinin toplanmasını nəzərdə tutan yeni qaydalar hava limanlarında ciddi sıxlığa yol açıb. 

Yaranan texniki çətinliklər və uzun növbələr səbəbindən 9 ölkə infrastruktur tam hazır olana qədər EES-in tətbiqini təxirə salmaq qərarı verib. Əsas məqsəd xüsusilə turizm mövsümündə sərnişin axınını maneəsiz təmin etmək və gözləmə müddətini minimuma endirməkdir. 

Xatırladaq ki, ötən ilin oktyabrından mərhələli şəkildə istifadəyə verilən bu sistem Aİ sərhədlərini keçən xarici ölkə vətəndaşlarının hərəkətini elektron qeydiyyata almaq üçün nəzərdə tutulub. Texniki problemlər aradan qaldırılana qədər həmin 9 ölkədə köhnə sərhəd-keçid prosedurları tətbiq olunmağa davam edəcək.

News365.az


Sizin reklam burada
Sizin reklam burada