“ABŞ yaxın zamanda Zəngəzur dəhlizi ilə bağlı fəaliyyətə başlayacaq”- Üzeyir Cəfərov

“ABŞ yaxın zamanda Zəngəzur dəhlizi ilə bağlı fəaliyyətə başlayacaq”- Üzeyir Cəfərov
10:33

Əsrlər boyu ABŞ ilə İran arasında davam edən gərginlik bu gün də qalmaqdadır. Hər iki ölkə arasında münasibətlərin kəskinləşməsi xüsusilə Donald Trampın prezidentliyi dövründə daha da artıb. Trampın radikal və impulsiv bəyanatları İranla münasibətlərə ciddi təsir göstərib.

Bunu News365.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, İran ABŞ-la birbaşa qarşıdurmaya getmək niyyətində deyil. Ekspert əlavə edib ki, Zəngəzur dəhlizi məsələsi artıq texniki mərhələyə daxil olub və bu istiqamətdə Ermənistan ilə ABŞ şirkətləri arasında danışıqlar aparılır.

Üzeyir Cəfərov bildirib ki, İran Ermənistanın bu məsələ ilə bağlı mövqeyindən xəbərdardır:

“Rusiya Federasiyası da zaman-zaman məsələyə münasibət bildirir. Xüsusilə Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kapırkinin bəyanatları göstərir ki, Moskva da İrəvanın yürüdüyü siyasətdən narazıdır. Lakin Ermənistan artıq qərarını verib”.

Ekspertin sözlərinə görə, Ermənistan 8 avqustda Vaşinqtonda Azərbaycan və ABŞ-ın moderatorluğu ilə imzalanan sənədə sadiqliyini bəyan etməklə öz siyasi istiqamətini müəyyənləşdirib:

“Bu səbəbdən düşünürəm ki, ABŞ yaxın zamanda Zəngəzur dəhlizi ilə bağlı fəaliyyətə başlayacaq”.


Sizin reklam burada
Sizin reklam burada