Binəqədi və Sabunçu rayonunun bəzi ərazilərində qazın verilməsində fasilə yaranacaq.
News365.az xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.
Bildirilib ki, Binəqədi rayonunda korroziyaya uğramış qaz xəttinin ləğv olunması və yeni çəkilmiş yerüstü xəttin mənbəyə qoşulması, Sabunçu rayonunda qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə əlaqədar sabah saat 10:00-dan etibarən bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.