ABŞ şirkəti Ukrayna ilə milyard dollarlıq silah müqaviləsini pozdu

ABŞ şirkəti Ukrayna ilə milyard dollarlıq silah müqaviləsini pozdu
11:35

ABŞ-nin "Firearms" şirkəti Ukraynaya təxminən 1 milyard dollar dəyərində sursat tədarükü ilə bağlı müqavilənin öhdəliklərini yerinə yetirə bilməyib.

News365.az "Financial Times" nəşrinə istinadən xəbər verir ki, Arizona ştatında yerləşən şirkət avans ödənişini məhkəmə xərcləri ilə birlikdə Kiyevə qaytarmalıdır.

Məlumata görə, tərəflər arasında 2022-ci ildə müqavilə bağlanılıb. Razılaşmaya görə, ABŞ şirkəti Ukraynaya Sovet dövründən qalma irimiqyaslı sursatlar, o cümlədən təxminən 10 milyon ədəd 23 mm-lik zenit patronu, on minlərlə "Qrad" raketi, minaatan və digər silahlar verməli idi. Ukrayna şirkətə 17 milyon avro avans da ödəyib.

Sonradan məlum olub ki, şirkətdə bu miqyaslı sursatlar üçün lazımi infrastruktur, ixrac təcrübəsi və ya anbarlar yoxdur.

ABŞ federal məhkəməsi "Firearms" şirkətinin Ukraynaya bütün avans ödənişini, üstəgəl faizləri və xərcləri ödəməklə bağlı qərar çıxarıb. Ödənişin ümumi məbləği təxminən 20 milyon avro olacaq.



Sizin reklam burada
Sizin reklam burada