56 yaşlı Oğuz sakininə çaqqal HÜCUM ETDİ

56 yaşlı Oğuz sakininə çaqqal HÜCUM ETDİ
29 Apr 2025 17:46

Oğuz sakini çaqqal hücumuna məruz qalıb. 56 yaşlı rayon sakinini evinə yaxın meşə ərazisinin kənarında çaqqal dişləyib.

 News365.az xəbər verir ki, rayonun Xalxalqışlaq kənd sakini Nakam Muradov çaqqal hücumuna məruz qalıb. Onu dərhal yaxınları Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Sakinə ilkin tibbi yardım göstərilib, vaksin vurulub. Həyatı təhlükə olmadığından həkimlərin məsləhəti ilə evə buraxılıb.


Sizin reklam burada
Sizin reklam burada