Türkiyədə aşıq avtovağzalın tualetində ölü tapıldı

Türkiyədə aşıq avtovağzalın tualetində ölü tapıldı
12:12

Türkiyənin Kahramanmaraş şəhərində Aşıq Kamberi kimi tanınan 72 yaşlı xalq ozanı Kamber Biçici avtovağzalın tualetində ölü tapılıb.

Terminalın tualetində hərəkətsiz vəziyyətdə olan şəxsi görənlər hadisə barədə aidiyyəti qurumlara məlumat veriblər. Aparılan yoxlama zamanı onun həyatını itirdiyi müəyyən edilib.

Mərhumun meyiti ölüm səbəbinin dəqiqləşdirilməsi üçün məhkəmə-tibbi ekspertiza morquna aparılıb. Polis hadisə ilə bağlı araşdırma aparır.


Sizin reklam burada
Sizin reklam burada