Ukraynada gərgin döyüşlər davam edir.
Bu günlərdə cəbhə bölgəsində maraqlı hadisə baş verib. Belə ki, Sumı bölgəsində bir rus əsgəri Ukraynaya məxsus dronu atəş açmadan zərəsizləşdirib.
Əsgərin qəhrəmanlığı haqqında danışan “Şimal” Qüvvələri Qrupunun PUA üzrə tağım komandiri, “Optimist” ləqəbli döyüşçü deyib: “Vesyolıy” çağırış nişanlı əsgər Ukraynaya məxsus dronun onun yanından keçdiyini görüb şam ağacının budağı ilə onu vura bilib”.
Tağım komandirinin sözlərinə görə, Rusiya əsgəri Ukrayna dronunu idarə edən operatorun onu görmədiyini anlayıb. O, bu səbəbdən sursatına qənaət edib və əlinin altında olan budaqla drona hücum edib. Əsgər sadəcə budağı dronun pərvanələrinin üzərinə atıb. Komandir qeyd edib ki, bundan sonra düşmənə məxsus dron iynəyarpaqlı ağacın budağına dolaşaraq yerə düşüb və daha sonra zərərsizləşdirilib./Publika
