Biləcəri yolunda zəncirvari qəza: Xəsarət alan var - Video

Biləcəri yolunda zəncirvari qəza: Xəsarət alan var - Video
10:21

Biləcəri yolunda üç avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə yolun Şamlıq adlanan ərazisində qeydə alınıb.

"Mercedes", "Opel" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində nəqliyyat vasitələrindən biri idarəetmədən çıxaraq yol kənarındakı ağaclara çırpılıb.

Qəza nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)



Sizin reklam burada
Sizin reklam burada