İki ailə arasında silahlı davada 11 nəfər yaralanıb

İki ailə arasında silahlı davada 11 nəfər yaralanıb
09:19

Türkiyənin paytaxtı Ankaranın Mamak rayonunda iki ailə arasında baş verən mübahisə silahlı davaya çevrilib.

Hadisə Yatık Musluk küçəsində baş verib.

Dava nəticəsində hər iki ailənin üzvləri olmaqla, ümumilikdə 11 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır.

Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.

Mübahisənin səbəbi açıqlanmasa da, münaqişə zamanı həm odlu silahdan, həm də bıçaqdan istifadə edildiyi bildirilir.\\"Report"


Sizin reklam burada
Sizin reklam burada