Bakıda Azərbaycan Tibb Universitetinin (ATU) 17 yaşlı tələbəsi yataqxanada ölü tapılıb.
News365.az xəbər verir ki, hadisə universitetin tələbə yataqxanasında qeydə alınıb.
İlkin məlumata əsasən, ATU-nun Müalicə-profilaktika fakültəsinin birinci kurs tələbəsi Elvira Eyyubova yaşadığı yataqxananın hamam otağında buxardan boğularaq həyatını itirib.
Onun meyitini birlikdə yaşadığı bacısı aşkarlayıb.
Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.