28 aprel Bakının işğalı ilə başlanan Azərbaycanın bolşeviklərin əlinə keçməsi qırmızı terrorun başında duran Leninin
"Onları soyun"- əmri ilə başladı..
Lenin Bakıda bolşeviklərə yazırdı :
Baş Neft Komitəsinin üzvü S.M.Ter-Qabrilyana deyə bilərsinizmi ki, o, itaətsizlik olarsa, Bakının tamamilə yandırılması üçün hər şeyi hazırlamalı və bunu Bakıda çap olunmuş şəkildə elan etməlidir.
O dövrdə sonradan fəxri adlar alacaq proletar şair adlandırılan Demyan Bedniyin belə bir misrası yayılmış idi:
Azneft sağım inəkdir,
İtaətkar, sakit,
Kim istəsə, sağır.
Bolşeviklər isə “sağmağı” çox yaxşı bilirdilər – ərzaq vergisindən tutmuş banklardan oğurluğa qədər!
1920-ci ildə Bakı işğalından sonra Leninin qərarlarına uyğun olaraq Azərbaycan nefti 40 gün müddətinə - aprelin 29-dan iyunun ortalarına kimi dəmir yolu və dəniz yolu ilə Rusiyaya göndərilirdi. O dövrün maliyyə dəyərləri ilə hesablansa Bakıdan oğurlanan neftin dəyəri 452,8 milyon dollar həcmində idi..
O zaman Bolqarıstanın və ya Belçikanın illik büdcəsi elə bu qədər olardı..
Bolşeviklər hakimiyyəti ələ keçirən kimi Bakıda olan bütün banklardakı seyfləri möhürlədilər, brilyant, almaz, qızıl və zümrüdləri, bütün qiymətsiz sənət əsərlərini un, taxıl, arpa və digər kənd təsərrüfatı mallarını İran tacirlərinə satdılar.
Bolşevik Rusiyası 28 apreldən 1991-ci ilə qədər Azərbaycanı sağdılar, taladılar, daşıyıb apardılar, etiraz edənləri qətl etdilər, repressiyalara məruz qoydular. Torpaqları düşmənlərə verdilər. Tarixi və milli mədəni abidələri partlatdılar.
Dini və etnik ayrı seçkilik yaratdılar
Ana dilimizi əlimizdən aldılar
Bədii ədəbiyyatı məhv edib saxta bir ədəbiyyat yaratdılar
Tarixi qəhrəmanları xalq düşməni elədilər..
Saxta tarix kitabları yazdılar
Milli kimlik məsələsinə ciddi müdaxilələr etdilər.
Kim ki, onların Azərbaycanı işğal etməsinə kömək etdilər sonradan çoxunu xalq düşməni adı ilə də məhv etdilər.
Bax işğalçı Rusiyanın siması budur
Əvvəl qırmızı rəngdə başlandı...
İndi də ağ qırmızı rəngdə təkrar istəyir..
Çox təssüf ki, işğalın birinə məruz qaldıq. İndi isə daha buna yol verməmək lazımdır..
Rusiya bu millətin, bu xalqın, bu dövlətin, bu torpaqların sərvətindən gözünü çəkməyib.
İnşallah Rusiya dağılar nə nəhayət bizdə tariximizin qisas anını görə bilərik.
Zaur Əliyev, tarixçi alim