Gövhər Rzayeva şok ittihamla üzləşdi: “10 min dollar oğurlamısan”

Gövhər Rzayeva şok ittihamla üzləşdi: “10 min dollar oğurlamısan”
12:42

Əməkdar artist, tanınmış qarmon ifaçısı Gövhər Rzayeva qohumunun evinə qonaq gedərkən gözlənilməz hadisə ilə üzləşdiyini açıqlayıb.

News365.az  xəbər verir ki, O, bu barədə “Onun SİRRİ” verilişində danışıb.

Sənətçinin sözlərinə görə, qohumu onun evindən 10 min dollar məbləğində pul götürdüyünü iddia edib:

“Qohumumun evinə qonaq getmişdim. Gəlib mənə dedi ki, evimdən pul oğurlamısan. Dedim, haradan? Dedi ki, sən götürmüsən. Soruşdum, nə qədər puldur? Dedi 10 min dollar. Dedim, mən 10 min dolları hara qoyum? Cibim də yoxdur”.

Gövhər Rzayeva ittihamı qəbul etmədiyini və hətta evində olan 400 manat pulu ona verməyi təklif etdiyini bildirib. Lakin qohumu bundan da imtina edib.

Əməkdar artist qeyd edib ki, özünün halal zəhmətlə pul qazandığını və belə bir ittihamın onun üçün ağır olduğunu düşünür:

“Mən zəhmətkeş qadınam. Kürəyimin təri ilə pul qazanıram. Heç kimin puluna göz dikməmişəm. Halal zəhmət mənimkidir”.

Rzayeva bildirib ki, hadisədən sonra bir müddət qohumu ilə əlaqə saxlamayıb. Lakin sonradan həmin şəxsin yenidən ona zəng etdiyini və pul məsələsini gündəmə gətirdiyini deyib.

Sənətçi ittihamların onu ciddi şəkildə incitdiyini və özünün günahsız olduğuna əmin olduğunu vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada