Suriyanın İdlib əyalətinin Sarmada şəhəri yaxınlığında silah-sursat anbarında partlayış baş verib.
News365.az xəbər verir ki, bu barədə "Əl-İxbariyyə" məlumat yayıb.
Bildirilib ki, partlayış nəticəsində 3 nəfər ölüb, 10-dan çox şəxs yaralanıb.
Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub.
Partlayışın səbəbləri araşdırılır.