Quterreşdən açıqlama: BMT Baş Assambleyasının son sessiyasında iştirak edəcək

Quterreşdən açıqlama: BMT Baş Assambleyasının son sessiyasında iştirak edəcək
11:50

BMT-nin Baş katibi Antonio Quterreş qarşıdan gələn BMT Baş Assambleyasının 81-ci sessiyasının onun bu vəzifədə iştirak edəcəyi son sessiya olacağını açıqlayıb.

News365.az xəbər verir ki, Quterreş bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.

Baş katib qeyd edib ki, BMT Baş Assambleyası dünyanın qarşısında dayanan əsas problemlərin müzakirə edildiyi mühüm beynəlxalq platforma olaraq qalır. O, ölkələri mövcud çağırışların aradan qaldırılması üçün diplomatik səyləri gücləndirməyə, dialoq və əməkdaşlığa üstünlük verməyə çağırıb.

Qeyd edək ki, Antonio Quterreşin BMT Baş katibi kimi ikinci beşillik mandatı 31 dekabr 2026-cı ildə başa çatacaq. Təşkilat 2025-ci ilin noyabrında Quterreşdən sonra BMT Baş katibi olacaq şəxsin müəyyənləşdirilməsi üçün namizədlərin irəli sürülməsi prosesinə start verib.


Sizin reklam burada
Sizin reklam burada