Xəbər verdiyimiz kimi, Zərdab rayonunda ailə üzvlərinin yanaraq ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəzada "KİA" markalı minik avtomobili ilə toqquşan traktorun sürücüsü də yaralanıb.
1987-ci il təvəllüdlü sürücü Vicay Ağayev Zərdab rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onun qolu sınıb, bir sıra xəsarətlər alıb.
"KİA" markalı minik avtomobilində olan 1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov, 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimova yanaraq ölüblər.
1997-ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova isə hadisə zamanı xəsarət alıb.
77-BF-554 seriyalı "KİA" markalı minik avtomobilinin yanğında ölən sürücüsü Elyar Qalib oğlu Məhəmmədov isə Zərdab rayonu Məmmədqasımlı kənd tam orta məktəbin riyaziyyat müəllimidir. Elyar həm də Vətən müharibəsi iştirakçısı olub./unikal.az/