Zərdabda AĞIR QƏZA: 4 nəfər...

Zərdabda AĞIR QƏZA: 4 nəfər...
17:20

Zərdabda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

News365.az xəbər verir ki, hadisə Ucar-Zərdab avtomobil yolunun rayonun Çallı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2106 markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

İlkin məlumata görə, hadisə zamanı ikisi ağır olmaqla, dörd nəfər - sürücü Q.Vahidov, sərnişinlər Ə.Əzizov, E.Ömərov və C.Ağayev xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada