Təbriz Vətəndaşlıq Qeydiyyatı İdarəsi 7 aylıq uşağa valideynlərinin seçdiyi Bərkay adına görə sənəd verməkdən imtina edir.
News365.az xəbər verir ki, bu haqda Bərkayın valideynləri məlumat yayıb.
Qeydiyyat idarəsi həmin adın qəbul olunan rəsmi adlar siyahısında olmadığını bildirir.
Ailə problemin həlli üçün vəkil vasitəsilə məhkəməyə müraciət etsə də, məhkəmə idarənin lehinə qərar çıxarıb.